Gəncədə zəncirvari qəza

gencede-zencirvari-qeza
Oxunma sayı: 765

Gəncədə üç avtomobilin iştirakı ilə yol qəzası olub, xəsarət alan var.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “VAZ 21015”-ə çırpılıb, VAZ isə “Toyota Camry” markalı nəqliyyat vasitəsini arxadan vurub. Qəza nəticəsində “VAZ 21015” markalı maşında olan sərnişin yüngül xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.