Gəncədə Zərifə Əliyeva ilə bağlı konfrans- - Fotolar

gencede-zerife-eliyeva-ile-bagli-konfrans-
Oxunma sayı: 864


“Qafqazinfo”ya İcra Hakimiyyətindən daxil olan məlumata görə, şəhər rəsmiləri, səhiyyə işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda əvvəlcə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxılıb. 

İcra başçısının birinci müavini Naqif Həmzəyev bu günün bütün gəncəlilər, xüsusən partiya fəalları üçün əlamətdar hadisə olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb. Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov “Akademik Zərifə Əliyeva - kamillik və müdriklik zirvəsi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin üzvü idi.

 O, 1981- ci ildə yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Zərifə Əliyeva bu mükafata layiq görülən ilk qadın idi. Oftalmologiya Xəstəxanasının baş həkimi Azər Məmmədov və bir çox həkim çıxışı zamanı Zərifə Əliyevanın oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan və qazandığı nailiyyətlərdən bəhs ediblər.