Gəncədə zorlanan qız və ailəsi sosial xidmət müəssisəsinə yerləşdirildi

gencede-zorlanan-qiz-ve-ailesi-sosial-xidmet-muessisesine-yerlesdirildi
Oxunma sayı: 4614

Gəncə şəhərində 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

Ombudsman Aparatından “Qafqazinfo”ya verilən xəbərə görə, Ombudsmanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciəti əsasında azyaşlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, onun tibbi müayinəsi və müalicəsi təşkil olunub.

Eyni zamanda, Ombudsmana müraciəti əsasında yeniyetmə və ailə üzvləri müvafiq səhiyyə müəssisəsində nevroloji müayinələrə cəlb olunublar.

Ailəyə sosial-psixoloji yardımın göstərilməsi məqsədilə Ombudsman tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilib və yeniyetmə ailə üzvləri ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bununla yanaşı, ailənin sosial problemlərinin həllində müvafiq köməyin göstərilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Həmçinin oxuyun: “Qarnındakı nədir, bilmir, deyir, ana, niyə şişdir?” - Gəncədəki zorlamanın təfərrüatı+Video

62 yaşlı kişi yeniyetmə qızı zorlayıb, 7 aylıq hamilədir

Zorlanıb hamilə qalan yeniyetmənin 7 aylıq hamiləliyi sonlandırıldı