Gəncədəki qəzada üç nəfər yaralandı

gencedeki-qezada-uc-nefer-yaralandi
Oxunma sayı: 1164

Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. 

“Qafqazinfo”nun xəbərinə görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər, 38 yaşlı Ramin Hüseynov, 54 yaşlı Əvəz Məmmədov və 64 yaşlı Naib Əsədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli