Gəncədəki süni göldə vəziyyət necədir? - Video

gencedeki-suni-golde-veziyyet-necedir
Oxunma sayı: 2060

Gəncədəki süni göldə suyun səviyyəsi endirilib.

Bu barədə “Qafqazinfo”ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, gecə saatları da daxil olmaqla fasiləsiz tədbirlər nəticəsində göldə suyun səviyyəsinin təxminən 80 sm-ə qədər endirmək və su bəndinə olan təzyiqi azaltmaq mümkün olub. Bununla belə, təhlükənin tam aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, əməliyyata FHN-in Gəncə Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının ümumilikdə 31 nəfərdən ibarət şəxsi heyəti, 9 motopompa və 3 texnikası cəlb olunub.