Gəncədəki yarmarkada məhsulların - Qiyməti

gencedeki-yarmarkada-mehsullarin-
Oxunma sayı: 4151

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şeyx Bahəddin küçəsində kənd təsərrüfatı və ərzaq məhsulları növbəti satış yarmarkası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof , müxtəlif çeşiddə yağlar, makaron və s. təqdim edirlər.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır: “Yarmarkada məhsullar alıcılara bazar qiymətlərindən dəfələrlə ucuz qiymətə satılır. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının mütəmadi təşkil olunması davam etdiriləcəkdir.”

Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunan məhsulların qiymət cədvəli:

Un (50 kq) - 21 manat

Un (25 kq) - 10 manat 50 qəpik

Un (10 kq) - 4 manat

Un (5 kq) - 2 manat

Mal əti (kq-la) - 5 manat

Qoyun əti (kq-la)- 6 manat

Yumurta (ədədlə) -10 qəpik

Toyuq (kq-la)-2 manat 25 qəpik

Kartof -60 qəpik

Soğan- 54 qəpik

Makaron (5 kq) -3 manat 50 qəpik

Makaron (1 kq) -80 qəpik

Makaron (500 q) -45 qəpik

Kampot -1 manat 60 qəpik

Sultan düyüsü -(1 kq)

Sultan düyüsü (2 kq)- 2 manat 70 qəpik 5 manat 12 qəpik

Çinar qarğıdalı yağı- 3 manat 3 qəpik

Final günəbaxan yağı- 2 manat 70 qəpik

Berqa çayı (100 q) -1 manat 49 qəpik

Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.