Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapıldı - Foto

genceden-qacirilan-avtomobil-mingecevirde-tapildi
Oxunma sayı: 1176

Fevralın 20-də gecə saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Nizami rayon polis idarəsinin, Gəncə Şəhər baş polis idarəsinin Cinayət Axtarışı İdarəsinin və baş idarənin Təhlükəsiz Şəhər Xidmətinin bir yerdə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində avtomobili qaçıran şəxsin, əvvəllər məhkum olunmuş, 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov olması müəyyən olunub. M. Abbasov şübhəli şəxs qismində tutulub.

T. Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobil isə Mingəçevir şəhərində müəyyən edilərək maddi sübut qismində götürülüb. İlkin dindirilmə zamanı M. Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.