“Qafqazinfo”ya daxil olan məlumaat görə, yolasalma mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil idarəsinin, YAP Gəncə şəhər Təşkilatının rəsmiləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Naqif Həmzəyev keçirilən tur-aksiyasının əhəmiyyətini qeyd edərək, bunun nəinki məktəblilərin tətil günlərinin xoş və mənalı keçirilməsində, habelə onların ayrı-ayrı bölgələr haqqında zəngin məlumatlar almalarında böyük önəm daşıdığını vurğulayıb. Ekskursiyaya qatılan Gəncə şəhər 4 saylı tam orta məktəbin şagirdi Nurtan İmanova öz sevincini dilə gətirərək bu cür layihənin keçirildiyi üçün ölkə başçısına minnətdarlığını bildirib.
Son xəbərlər
Son Xəbərlər