37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputalığa namizədi Pərvin Kərimzadənin növbəti görüşü şəhərin Yeni Gəncə qəsəbəsində və Totanlı küçəsində olub.
"Qafqazinfo" xəbər verir ki, seçicilərlə keçirdiyi hər bir görüşdə Pərvin Kərimzadə YAP-ın ölkənin ictimai- siyasi həyatındakı uğurlarından danışıb, partiyanın irəli sürdüyü seçki platformasında vətəndaşların maddi-rifah halının yaxşılaşdırılmasının əsas götürüldüyünü diqqətə çatdırıb.
P. Kərimzadə seçiciləri “Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə qatılan YAP namizədinə səs verməyə çağırıb.
Seçicilər Pərvin Kərimzadənin millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ölkədə həyata keçirilən islahatların fəal təbliğatçısı olduğunu diqqətə çatdırıblar. Onlar fevralın 9-da məmnuniyyətlə seçki məntəqələrinə gedəcəklərini və Pərvin Kərimzadəyə səs verəcəklərini dilə gətiriblər.
Seçici fəallığı ilə keçən görüşlərdə sakinlərin sualları cavablandırılıb, təklif və problemlərinin qeydiyyatı aparılıb.





Son xəbərlər
Son Xəbərlər