Gəncənin fəal qadınları mükafatlandırıldı

gencenin-feal-qadinlari-mukafatlandirildi
Oxunma sayı: 1002


“Qafqazinfo” xəbər verir ki, tədbirdə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə qadınların ünvanına ən xoş arzular səsləndirilib. Bildirilib ki, Gəncədə fəaliyyət göstərən təhsil ocaqları, idarə, müəssisə və təşkilatlarda çalışan insanların 50%-ni qadınlar təşkil edir.

Bayram günü münasibətilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan qadınlarına ən xoş arzularını çatdırıb. İcra Hakimiyyətinin başçısı Gəncə xanımlarının hər birini təbrik edərək analara, bacılara, xanımlara can sağlığı, ailə səadəti, xoşbəxtlik, uzun ömür və işlərində müvəffəqiyyətlər arzu edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əlamətdar gün münasibətilə şəhərin ictimai-siyasi həyatında fərqlənən qadınlara icra hakimiyyəti adından fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Ümumilkdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Gəncə şəhər İcra Hakimiyyəti adından 50-dən çox qadın fəxri fərman və müxtəlif hədiyyələrə layiq görülüb.

Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmaniyasının mahnı və rəqs ansambılı və Gəncə Dövlət Kamera orkestri solistləri konsert proqramı ilə qadınları təbrik ediblər. Tədbir şən mahnı və rəqslərin ahəngi ilə başa çatıb.