Gəncənin ilk müstəqil teatrı yaradıldı

gencenin-ilk-musteqil-teatri-yaradildi
Oxunma sayı: 1823

Gəncə şəhərinin ilk müstəqil teatrı təsis olunub.  “Qafqazinfo” xəbər verir ki,  “dAo” adlı teatrın qurucusu aktyor və rejissor Elmin Bədəlovdur.

"Fevral ayının əvvəli Gəncədə seçim turu olmuş və seçimə 30 nəfərdən çox insan qatılmışdır. Onlardan 11 nəfəri teatra seçilib",- deyə E. Bədəlov bildirib. 

Artıq ilk performansın hazırlıqlarına başlanılıb və nümayiş haqqında teatrın rəsmi səhifələrində məlumatlar yayılacaq. Hər həftə Bakıdan gedən incəsənət nümayəndələri teatr heyətinin formalaşması üçün onlara plastika, danışıq, bədən məşqləri, rəqs hazırlıqları keçir.