“Qafqazinfo”ya daxil olan məlumata görə, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində sumqayıtlı və xızılı şagirdlər ənənəvi olaraq Heydər Əliyev parkının girəcəyindəki Zəfər tağı qarşısında qarşılanıb. Bu nəhəng tikiliyə heyranlıqla baxan şagirdlərə məlumat verilib ki, eni 20, uzunluğu 50, hündürlüyü isə 36 metr olan Zəfər tağının sonuncu mərtəbəsinə qalxmaq üçün iki lift quraşdırılıb ki, buradan da bütün parkın mənzərəsini müşahidə etmək mümkündür. Sonra şagirdlər Heydər Əliyev Mərkəzində olublar. Burada dahi rəhbərin abidəsi ziyarət edilib mərkəz haqda onlara ətraflı məlumat verilib.Gəncə-Şəmkir-Göygöl marşrutu ilə tur-aksiyaya gələn Sumqayıt və Xızı məktəbliləri Gəncənin maddi-mədəni abidələri ilə yaxında tanış olacaqlar.
Son xəbərlər
Son Xəbərlər