Gəncənin “Üç bulağ”ında su təminatı bərpa edilib - Foto

gencenin-uc-bulaginda-su-teminati-berpa-edilib
Oxunma sayı: 3569

Gəncənin Gülüstan yaşayış massivində yerləşən məşhur “Üç bulaq” bir neçə il əvvəl burada əsaslı təmir-bərpa işləri aparılıb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə bulaq müasir görkəmə salınıb, ərazisi genişləndirilib. Eyni vaxtda daha çox insanın su götürməsi üçün bulaqların sayı artırılaraq 3-dən 10-a çatdırılıb. 

Qeyd edilir ki, bir neçə müddətdir bulağa su fasilələrlə verilirdi. Bu isə sakinlərin haqlı narazılığına səbəb olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təşəbbüsü ilə “Üç bulağın” su təminatı bərpa edilib. Bulaq fasiləsiz fəaliyyət göstərəcək və sakinlər günün istənilən saatında buradan su götürə biləcəklər. Bulağa su Göygöldən çəkilən içməli su xəttindən verilir. Niyazi Bayramovun tapşırığı ilə ərazidə abadlıq və təmizlik işləri də aparılıb. Bu da sözügedən ərazinin sakinlər tərəfindən istirahət guşəsi kimi istifadə etmələrinə imkan yaradır.