Gənclər Abşeronda təmizlik aksiyası keçirib

gencler-abseronda-temizlik-aksiyasi-kecirib
Oxunma sayı: 1026

Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Məmmədli və Digah kəndlərindən “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğuna gedən yolun sağ və sol hissəsində təmizlik işləri görülüb və ağacəkmə kompaniyası keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, RİH işçilərinin, Abşeron könüllülərinin, YAP Abşeron Rayon Təşkilatı Gənclər Birliyinin üzvlərinin və Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə reallaşan anksiyaın məqsədi ağac əkməyi təbliğ etmək və məişət tullantılarının ətrafa səpələnməsinin qarşısını almaq olub.

“Təmiz ekologiya – sağlam həyat” devizi altında keçirilən tədbir zamanı 900-dən yuxarı ağac əkilib, əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.

Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov bildirib ki, bu aksiya maarifləndirmə xarakteri daşıyır: “Yanardağ”-a gələn hər bir şəxs öz arxasınca məişət tullantısını yığışdırsa, həmin ərzailəri çirkləndirməsə, bu bizi böyük bir ekoloji fəlakətdən qoruyar və ətraf mühitə zərərimiz azalar”.

Sonda gənclər üçün çay süfrəsi təşkil olunub.