Gənclər arasında Respublika Birinciliyi keçirilir - Fotolar

gencler-arasinda-respublika-birinciliyi-kecirilir
Oxunma sayı: 1487

Bakı Atıcılıq Mərkəzində Gənclərin Respublika Birinciliyi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, pnevmatik tapança və pnevmatik tüfəngdən atəş üzrə yarışlar qızlar, oğlanlar və qarışıq komanda yarışı olmaqla keçirilir.

Yarışlarda respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən idman klublarının nümayəndələri iştirak edir.

İyunun 12-də qızlar və oğlanlar asasında yarışlar baş tutub.

Bu gün gənclər bir-biri ilə komanda şəklində mübarizə aparır.

“Bakıda keçirilən Dünya Kuboku bizim mərkəzin səviyyəsini, mötəbər yarışlara ev sahibliyi etmək bacarığımızı nümayiş etdirdiyi kimi, yetirmələrimiz barədə də müəyyən fikirlər verdi”, – Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov bildirib.

“Bizim tələbələrə çoxlu məşq etmək, mövcud texnikalarını vərdişə çevirmək lazımdır. Həyəcanı yatırtmaq üçün onların mütəmadi olaraq, mötəbər yarışlarda iştirakı vacibdir. Bir-biri ilə ünsiyyət texnikalarını paylaşmaq bütün gənclərə faydalıdr”, – Emin Cəfərov deyib.

Xəbəri rus dilində oxuyun: Среди молодежи состоялся республиканский чемпионат по стрельбе - Фото