Gənclər Avropalı ilə görüşəcək

gencler-avropali-ile-gorusecek
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Formunun prezidenti Peter Matjasic ölkəmizə səfəri çərçivəsində Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və üzv təşkilatları ilə görüşəcək. Görüşdə Avropa ilə Azərbaycan gənclər təşkilatları arasında əlaqələr haqqında fikir mübadiləsi aparılacaq. Bundan başqa Azərbaycan gənclərinin, o cümlədən Avropalı gənclərin ikitərəfli görüşlərinin daha da intensivləşməsi məsələləri, Gənclər Təşkilatları Milli Şurası ilə Avropa Gənclər Forumu arasında bir sıra ikitərəfli məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Avropa Gənclər Forumu Avropada mövcud ən böyük gənclər təşkilatlarını öz ətrafında birləşdirir. ARGTMŞ Azərbaycandan bu təşkilatın yeganə və tam hüquqlu üzvüdür.