“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar olaraq, Gənclər və İdman Nazirliyi gənclər və gənclərin qeyri-hökümət təşkilatları tərəfindən Dövlət Proqramı ilə bağlı təklliflərini qəbul etmək məqsədi ilə [email protected] elektron ünvanını yaradıb.
Artıq bir müddətdir ki, müxtəlif gənclər təşkilatlarında (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, Gənclər Təşkilatlarının Milli Şurasında) Dövlət Proqramının hazırlanması ilə bağlı təkliflər qəbul olunur, debatlar aparılır.
Bütün gəncləri bu debatlara qoşulmağa və 2016-2020-ci illəri əhatə edəcək “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlanmasında yaxından iştirak etməyə dəvət edirik.
Məlumat üçün, növbəti müzakirənin 13 may 2015-ci il tarixdə 15:00-da Gənclər və İdman Nazirliyinin iclas zalında keçirilməsi nəzərdə tutulur.
Son xəbərlər
Son Xəbərlər