Gənclər Birliyinə yeni sədr seçilib

gencler-birliyine-yeni-sedr-secilib
Oxunma sayı: 1028


“Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycanın dövlət himninin sədaları altında başlayan Hesabat seçki konfransında Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətli çıxış edib, təşkilatın sədri Anar Tahirova fəaliyyətinə görə Azərbaycanın Ukraynadakı Səfirliyinin ali diplomunu təqdim edib.

UAGB-nin ötən 4 il ərzində həyata keçirdiyi layihələrlə Vətənə sədaqətlə xidmət etdiyini vurğulayan Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dneprepetrovsk Vilayət təşkilatının sədri Qüdrət Hacıyev, Konqresin Ali Məclisinin rəhbəri Akif Gülməmmədov və digəriləri Birliyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra UAGB-nin sədri Anar Tahirov təşkilatın fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edib. Daha sonra Ukraynanın 20 vilayətindən 80 gəncin qatıldığı konfransda qurumun yeni sədri və İdarə Heyəti seçilib. Təşkilatın möhürü və sənədləri gənclərin yüksək etimadını qazanan İlhamə Allahverdiyevaya təqdim olunub. UAGB-nin sədr kürsüsünə layiq görüldüyünə görə konfrans iştirakçılarına minnətdarlığını bildirən İlhamə Allahverdiyeva təşkilatın gələcək fəaliyyət proqramını açıqlayıb.

Qeyd edək ki, İlhamə Allahverdiyeva Ukraynanın Kiyev vilayətinin Pripyat şəhərində doğulub, Taras Şevçenko adına Milli Universitetinin tarix fakültəsinin məzunudur. O, UAGB sədrinin Mədəniyyət məsələləri və İctimaiyyətlə Əlaqələr üzrə müavini və İdarə Heyətinin üzvü idi.