Qarabağ döyüşçüsü Zaur Həsənovun intihara vadar edənlərin cəzalandırılması tələbi ilə keçirilmiş aksiyaya görə Səbail Rayon Məhkəməsi dekabrın 29-da bitərəf Samir Poladovu 15 sutkalığa həbs edib. Digər həbs qərarları dekabrın 30-da çıxarılıb. Bitərəf Orxan Eyyubzadə 18 sutka, Müsavat Partiyasının üzvləri Tural Sadıqlı 17 sutka, Cavid Hacıbəyli 16 sutka, AXCP üzvləri Orxan Carçı 16 sutka, Türkel Əlisoy 15 sutka həbs cəzası alıb.
“Media forum” saytının əldə etdiyi xəbərə görə, Samir Poladov bu gün axşam saatlarında buraxılacaq.
Türkel Əlisoy yanvarın 14-ü, Orxan Carçı, Cavid Hacıbəyli və Tural Sadıqlı yanvarın 15-i, Orxan Eyyubzadə isə yanvarın 16-da azadlığa çıxmalıdır.
Son xəbərlər
Son Xəbərlər