Gənclər Ərdoğanı belə təbrik etdi - Video

gencler-erdogani-bele-tebrik-etdi
Oxunma sayı: 2083

Türkiyəli gənclər Prezident Rəcəb Tayyib Ərdoğana ad günü sürprizi edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Belə ki, Ankaradan İstanbula gedən Ərdoğanı “AK” Partiyasının İstanbul şəhərinin Gənclərlə iş üzrə başqanı Nevzat Yüce və təşkilatın gəncləri Atatürk Hava Limanında qarşılayıb.

Əllərində tort və çiçəklərlə gözləyən gənclər Prezident Ərdoğanı ad günü münasibətilə təbrik ediblər.

Ərdoğana sevgilərini nümayiş etdirən gənclər “Tənzilə ananın duası, milyonların ümidisən”, “Yaxşı ki, doğuldun, rəis” və “Biz ona könül verdik, sən həyat ver, ya Rəbb”, - pankartlar daşıyıb.

Prezident Ərdoğan da gəncləri salamlayıb, onlarla söhbət edib.