İranda yaşayan cənubi azərbaycanlı gənclərin rəqs fləşmobu sosial şəbəkələrdə marağa səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, gənclərin bu cür fləşmob təşkil etməkdə məqsədi İranda son günlərdə ictimai yerlərdə rəqs və əyləncəyə qoyulan qadağaya etirazdır. Buna görə də, onlar müğənni Əlirza Şərifzadənin “Səni deyirlər” adlı ritmik Azərbaycan musiqisinin sədaları altında rəqslər edərək sosial şəbəkədə paylaşırlar.
Qeyd edək ki, Urmiyada başlayan və ciddi bir hadisəyə çevrilən bu kampaniya getdikcə yayılmaqdadır.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər