“Qafqazinfo” gənclər və idman nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,bu festivalı keçirməkdə məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, region gəncləri arasında əməkdaşlığının genişləndirilməsindən ibarətdir.
Festivalda hər rayonun gəncləri tərəfindən rayonun 10 dəqiqəlik təqdimatının keçirilməsi və rayonun inkişafını, mədəniyyətini, tarixini əks etdirən sərginin hazırlanması planlaşdırılır.
İlk dəfə olaraq keçiriləcək bu festivalda Respublikamızın 70-ə yaxın rayon və şəhəridən olan gənclər təmsil olunacaqlar.
Qeyd edək ki, festivalın rəsmi açılış mərasimi 26 may 2014-cü il tarixdə saat 15:00-da Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
Son xəbərlər
Son Xəbərlər