Gənclər Fondu qalmaqallı kitaba icazə verdi

gencler-fondu-qalmaqalli-kitaba-icaze-verdi
Oxunma sayı: 1041




“Qafqazinfo” xəbər verir ki, bu barədə layihə rəhbəri Pərviz Əzimov facebook hesabında məlumat verib. Onun sözlərinə görə, bir müddət öncə Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov ona zəng edərək bildirib ki, kitabın hesabatını qəbul etməyə hazırdırlar: “Bir həftə çəkən hesabatın təqdimetməsi nəhayət başa çatdı və bu gün fondun icraçı direktoru Fərhad Hacıyevlə mənim aramda təhvil - təslim aktı imzalandı”.  

Xatırladaq ki, bir müddət əvvəl layihə rəhbəri Gənclər Fonduna gənc yazarların hekayələrindən ibarət kitabın çap olunması ilə bağlı “Cib kitabı” adlı layihə təqdim etdiyini və fondun Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra maliyyə ayrılması ilə bağlı qərar verildiyini bildirmişdi. 

Lakin kitab çap olunduqdan sonra fondun aparat rəhbəri Faiq Qürbətov kitabda əxlaqsız sözlər olduğunu əsas gətirərək kitabın satışına qadağa qoymuşdu.