Tədbirdə layihə rəhbəri Bəxtiyar Rəhimov, Şirvan şəhər Gənclər İdman idarəsinin nümayəndəsi Əfqan Həsənov iştirak edib. B.Rəhimov layihə haqqında danışıb. Son illərdə ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan natiq gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsinin çox önəmli olduğunu vurğulayıb. O, bildirib ki, layihənin keçirilməsində məqsəd vətənimizin tarixini, onun şərəfli səhifələrini, ağır dövrlərini gənc nəsil arasında təbliğidir. Hədəf Azərbaycan həqiqətlərini, Ermənistan silahlı birləşmələri tərərfindən işğal olunmuş torpaqlarımızı, Xocalı soyqırımını, Qanlı 20 Yanvarı unutmamaq, Milli Qəhrəmanlarımızı tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır. B.Rəhimov qeyd edib ki, Azərbaycan gənclərinin yaddaşında bu tariximiz heç vaxt silinməməlidir. Sonra tədbiri təlimçi Əligül Ağayev davam etdirib.
Tədbirin sonunda iştirak edən gənclərə “Vətənini Sev” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı təqdim olunub
Son xəbərlər
Son Xəbərlər