Abşeron rayonunda “2 Fevral - Gənclər Günü” rayonun fəal gəncləri ilə birgə qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
Abşeron Rayon İcra Hakimiyyətininin başçısı Abdin Fərzəliyev bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi çox böyük və uğurlu inkişaf yolu keçib.
Qeyd olunub ki, ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazası formalaşdırılıb və onların sosial, iqtisadi problemlərinin həllinə, asuda vaxtlarının səmərəli təşkilinə yönələn, eləcə də öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, Dövlət proqramları qəbul olunaraq icra edilib.
RİH başçısı vurğulayıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.





Son xəbərlər
Son Xəbərlər