Gənclər Günü Yasamal rayonunda da qeyd edildi - Fotolar

gencler-gunu-yasamal-rayonunda-da-qeyd-edildi
Oxunma sayı: 1726

2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Yasamal rayonu Heydər Əliyev Mərkəzində rayon gənclərinin toplantısı keçirilib.

“Qafqazinfo”nun xəbərinə görə, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərindən biri olub. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verib. Dövlət gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.

Tədbirdə Yasamal rayon gəncləri çıxış ediblər.

Toplantıda bir qrup gənc rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə və 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə fəxri fərmanlarla təltif ediliblər.