2 fevral - Gənclər Günü münasibətilə Nərimanov Bələdiyyəsinin təşəbbüsü ilə şəhid ailələri və qazilərlə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Nərimanov Bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon İcra Hakimiyyətinin birinci müavini Yusif Sadıqov, rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov görüşdə iştirak ediblər.
Görüşü giriş sözü ilə Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev gəncləri təbrik etdi və öz çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Gənclər Gününün gənclərimiz arasında nə qədər ali gün olduğunu qeyd edib.
Milli Məclisin sədr müavini Adil Əliyev öz çıxışında dövlətin gənclər siyasəti istiqamətində apardığı kankret işləri qeyd edib. Tədbirdə iştirak edən şəhid ailələri və qaziləri bayram münasibətilə təbrik edib.
Nərimanov rayon İH birinci müavini Yusif Sadıqov isə rayon rəhbərliyinin şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlərini və onların sosial problemlərinin həlli istiqamətində kankret işlər görüldüyünü qeyd edib.
Şəhid Ələddin Səidovun atası Azər Səidov tədbirdə iştirak edən gəncləri təbrik edərək oğlunun döyüş yolundan söhbət açıb. Vətən müharibəsi qazisi Arif Hacıyev öz döyüş yolundan, şəhid döyüş yoldaşlarından söhbət açaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyyə edilməsindən bəhs edib. Qazi Taleh Camalov isə tədbir iştirakçılarını düşmən tankını necə məhv etməsindən audotiryanı təəccübləndirib.
Tədbirdə Vətən müharibəsi ilə bağlı video çarxlar nümayiş etdirilib, tədbirin ikinci hissəsində çay süfrəsi ilə davam edib.






Son xəbərlər
Son Xəbərlər