İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Bərdə rayon şöbəsinin rəisi polkovnik leytenant Mətləb Murquzov açaraq çağırışçı gənclərə uğurlar arzulayıb. Tədbirdə çıxış edən valideynlər və çağırışcılar ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevə minnətdarlıqlarını bildirib, dövlətimizin möhkəmləndirilməsi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda Milli Ordumuzun qüdrətlənməsinə öz bacarıq və səylərini əsirgəməyəcəklərini bildiriblər. Çağırışçılar Dövlət Bayrağını öpərək Vətənə sədaqətlə xidmət edəcəklərinə and içdikdən sonra rayon Mədəniyyət evinin”Qarabağ” xalq çalğı alətləri ansamblının şən musiqi sədaları altında hərbi xidmətə yola salınıblar.
Son xəbərlər
Son Xəbərlər