“Qafqazinfo” xəbər verir ki, mərasimdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, ziyalılar, ağsaqqallar, veteranlar, valideynlər və gənclər iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Kəpəz və Nizami rayon veteranlar şuralarının sədrləri Yusif Məmmədov, Tofiq Hüseynov, SSRİ Silahlı Qüvvələrinin veteranı Kərəm Həsənov ordu sıralarına yola düşən bütün gənclərimizin onlara göstərilən diqqət və qayğını layiqincə doğruldacaqlarına, Vətənimizə şərəflə xidmət edəcəklərinə, şanlı ənənələrimizi sədaqətlə yaşadacaqlarına inandıqlarını qeyd edib və müvəffəqiyyətlər arzulayıblar.
“Bu gün ordu sıralarına xidmətə yollandığım üçün özümü xoşbəxt sayıram və Vətənə sədaqətlə xidmət edərək, doğma yurduma alnıaçıq qayıdacağıma söz verirəm,”-bu sözləri gənclər adından Fərid Vəliyev deyib.
Qeyd edək ki, Gəncə şəhər Kəpəz rayonundan 40 nəfərdən çox hərbi xidmətə yola salınan gənclər Fövqəladə Hallar, Daxili Qoşunlar və Sərhəd Qoşunları hissələrində xidmət edəcəklər.
Son xəbərlər
Son Xəbərlər