Gənclər parlamentinin toplantısı oldu

gencler-parlamentinin-toplantisi-oldu
Oxunma sayı: 644

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətində ölkəmizdən Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov, “İrəli” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xəqani Fərəcov, Tələbə Gənclər Təşkilatının sədri Nərgiz Hüseynova, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) İdarə Heyətinin üzvü Emin Hacıyev iştirak ediblər.

Sankt-Peterburqda Gənclər Parlamentlərarası Assambleyasının ilk iclası baş tutub. İclasda bir çox məsələlər müzakirə olunub, yaradılan Assambleyanın MDB dövlətləri arasında əməkdaşlığın inkişafında gənclərin rolundan söhbət açılıb. Eyni zamanda iclasda MDB ölkələrinin Gənclər Parlamentlərarası Assambleyasının koordinatorunun seçilməsi, iş planının təsdiqi və cari ildə görüləcək işlər müzakirə olunub. Müzakirələrdən sonra səsvermə nəticəsində yekdilliklə Sevinc Fətəliyeva MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib.

Səfər çərçivəsində nümayəndə heyəti Sankt-Peterburq şəhərinin Hökuməti və Gənclər Kollegiyası, Rusiya Təhsil Akademiyası nəzdində “Smolnıy” İnstitutunun rəhbərliyi və tələbələri, Milli Məclisin MDB-də nümayəndəliyi ilə görüşlər keçirib.