“Gənclər paytaxtının” seçimi davam edir

gencler-paytaxtinin-secimi-davam-edir
Oxunma sayı: 858


“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri istisna olmaqla keçirilən səsvermədə  2012-ci ilin “Gənclər Paytaxtı” Gəncə şəhəri, 2013-cü ilin “Gənclər paytaxtı”  isə Biləsuvar şəhəri seçilib. Bu cür səsverməni keçirməkdə məqsəd regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə gerçəkləşir.  

1 il müddətinə seçilən şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət ayırır. 

Qeyd edək ki,  yanvarın 23-dən start götürən səsvermə  fevralın 1-nə qədər davam edəcək. 2014-cü ilin “Gənclər Paytaxtı”nın adı isə  fevralın 3-də  Azərbaycan gəncləri günü münasibətilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə elan ediləcək. Səsvermədə iştirak etmək üçün www.genclerpaytaxti.az saytına daxil olmaqla səs vermək mümkündür.


İqbal