Sahibkarlığın inkişafına yönəlmiş silsilə tədbirlərin davamı olaraq Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon gənclərinin bir qrupunun Quba rayonuna səfəri təşkil olunub.
“Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon gəncləri ilk növbədə Quba rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun meyvə bağları ilə tanış olublar. Burada Elmi Tədqiqat İnstitutunun fəaliyyəti barədə məlumat verilib.
“Qədim Quba” Xalçaçılıq Mərkəzinin işi ilə tanışlığı zaman müəssisədə bildirilib ki, bu müəssisə sahibkarlıq subyekti kimi fəaliyyət göstərməklə yanaşı, qədim xalq sənətinin yaşadılması, onun sirlərinin gənc nəslə öyrədilməsində də vacib rol oynayır.
Daha sonra gənclər Pirvahid kəndli fermer təsərrüfatı ilə yaxından tanış olublar. Fermer təsərrüfatı ilə tanış olarkən bildirilib ki, sahibkarlarımız aqrar sahənin inkişafına da öz töhfələrini verirlər.
Səfər zamanı gəncləri maraqlandıran suallar sahibkarlar tərəfindən cavablandırılıb və onlara müvafiq tövsiyyələr verilib.

Son xəbərlər
Son Xəbərlər