“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na 2023-2024-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub.
“Qafqazinfo” xəbər verir ki, müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 nəfər Dövlət Proqramına qəbul olunub.
Təqaüd qazanan gənclər sırasında 6 nəfər "University College London", 3 nəfər "Harvard University", 1 nəfər "Massachusetts Institute of Technology", 2 nəfər "ETH Zurich", 2 nəfər "Imperial College London", 3 nəfər "Columbia University", 1 nəfər isə "Stanford University" kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
Həmin gənclərdən bir neçəsi Təhsil TV-nin “Təməl” proqramında qonaq olub və öz uğur hekayələrini bölüşüblər.
Son xəbərlər
Son Xəbərlər