Gənclər Təşkilatları Milli Şurasının konfransı keçiriləcək

gencler-teskilatlari-milli-surasinin-konfransi-kecirilecek
Oxunma sayı: 706

Sabah saat 14:30-da “Kempinski Hotel” Badamdarda Gənclər Təşkilatları Milli Şurasının XIV Hesabat-Seçki Konfransı keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə seçkili orqanlara (sədr, sədr müavinləri, Mərkəzi Nəzarət Təftiş Komitəsi və İdarə Heyətinin üzvləri) seçkilərin keçirilməsi, eyni zamanda 2012-2015-ci illər üçün hesabatların verilməsi nəzərdə tutulur.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, AR Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin deputatları və bir sıra rəsmilərin iştirakı gözlənilir.