Gənclər üçün film müsabiqəsi

gencler-ucun-film-musabiqesi
Oxunma sayı: 1032


29 yaşa qədər olan müəlliflər - rejissor, ssenaristlər istənilən mövzu və janrda bir və daha çox ssenari təqdim edə bilərlər.

 Müsabiqəyə ssenariləri cari il iyulun 15-dək “Azərbaycanfilm” kinostudiyasının poçt ünvanı: AZ1012, Bakı şəhəri, Moskva pr.1 və yaxud [email protected] elektron ünvanına təqdim olunmalıdır.

Müəllifin özü haqqında qısa məlumatı və rekvizitləri (poçt ünvanı, telefon, e-mail) ssenariyə əlavə olunmalıdır.

Münsiflər heyətinin rəyi əsasında üç ən yaxşı ssenari müəyyən edilərək “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında çəkiləcək. İstehsalına başlanan qalib ssenarilərin müəllifləri ümumi qaydada qonorar alacaqlar.