Gənclər üçün tədbir keçirilib

gencler-ucun-tedbir-kecirilib
Oxunma sayı: 859


Tədbir  iştirakçıları  tərəfindən maraqla qarşılanmış  layihənin məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə kömək olmaqdır. Bu məqsədlə keçirilmiş  təlimdə tələbələrə ölkənin uğurlu  gənclər siyasətində Gənclər Fondunun rolu, asudə vaxtdan daha səmərəli istifadə yolları, bu məqsədlə  turizmin müxtəlif sahələri ilə məşğul olmağın faydaları,  mexanzmləri və  istiqamətləri haqqında məlumat verilib.  Layihə çərçivəsində   turizm sahəsində öz hüquq  və vəzifələrini bilən gənclərin yetişməsinə dəstək olmaq məqsədi ilə tədbir iştirakçılarına  bukletlər də təqdim olunub. Təlim zamanı  asudə vaxt nədir,  asudə vaxtın səmərəli təşkili yolları,  bunun  üçün vacib olan amillər və faktorlar, asudə vaxtın təşkili ilə bağlı problemlər, Azərbaycanda turizm infrastrukturu, kimlər turist hesab olunur, turistin vacib sənədləri, turistin yaddaş kitabçası, turizmin inkişaf mexanizmləri, yaxın gələcəkdə turizm və gənclik kimi  mövzular interaktiv metodlarla müzakirə olunub, "Turizm haqqında" Azərbaycan  Respublikasının  Qanunu barədə məlumat verilib.  

Tədbirin sonunda tələbə gənclərin asudə vaxtla bağlı,  turizm imkanları və onlardan istifadə zamanı qarşılanan problemlərin aradan qaldırılması barədə təklifləri, rəyləri, təşəbbüsləri dinlənilib, turist səfərlərin   stimullaşdırılması və intensivləşdirilməsi məqsədi ilə gənclər üçün güzəştli turların təşkil olunmasının vacibliyi qeyd edilib, sualları cavablandırıb.