Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimovun vəfat etməsi Azərbaycan idmanı üçün böyük itkidir. Əvvala, V.Həşimov bir vətənpərvər kimi dünya şahmat meydanında öz sözünü demiş idmançılardan olub. Onun vaxtsız vəfatı bizi kədərləndirir.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri SalamNews-a Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.
O deyib ki, fürsətdən istifadə edərək onun ailə üzvlərinə, bütün şahmat ictimaiyyətinə başsağlığı veririk. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi olaraq Gənclər və İdman Nazirliyinin tapşırığı əsasında yanvar ayında keçirləcək şahmat yarışlarının bir dəqiqəlik sükutla başlanılması üçün əmr hazırlayırıq. Bu da V.Həşimova olan hörmətdən, dostluqdan, diqqətdən irəli gələn məsələdir.
Xatırladaq ki, uzun müddətdir müalicə alan qrossmeyster dünən gecə dünyasını dəyişib. O, Almaniyanın Heydelberq klinikasında keçinib.
Son xəbərlər
Son Xəbərlər