Gənclər və İdman Nazirliyi müsabiqənin nəticələrini açıqladı

gencler-ve-idman-nazirliyi-musabiqenin-neticelerini-aciqladi
Oxunma sayı: 703


Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ilin yanvar ayının 17-dən fevral ayının 17-dək Gənclər və İdman Nazirliyi tərəfindən aşağıdakı istiqamətlər üzrə müsabiqə elan olunub.

 - Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclər sahəsi üzrə qeyri-formal təhsil metodlarının tətbiq edilməsi;

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak;

- gənclərin hüquqi maarifləndirilməsində iştirak;

- ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;

 Müsabiqəyə 155 qeyri-hökumət təşkilatı öz layihələrini təqdim ediblər. 10 qeyri-hökumət təşkilatı gənclər təşkilatı olmadığından onların layihələri baxılmadan geri qaytarılıb. Ümumilikdə 145 gənclər təşkilatının layihəsi müsabiqənin qaydalarına uyğun olaraq ətraflı təhlil edilmiş və öyrənilib.  Nəticədə 110 gənclər təşkilatının layihələrinin maliyyələşdirilməsinə qərar verilib. Layihələrin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən  2.020.559  manat və 115.000 avro məbləğində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.