Gənclər və İdman Nazirliyində Apellyasiya Şurası yaradıldı

gencler-ve-idman-nazirliyinde-apellyasiya-surasi-yaradildi
Oxunma sayı: 679

Azərbaycan Respublikası Prezidentinin 03 Fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanının icrasını təmin etmək məqsədi ilə Gənclər və idman nazirinin 15 fevral 2016-cı il tarixli Sərəncamı ilə Gənclər və idman nazirliyində Apellyasiya Şurası yaradılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə,şuranın yaradılmasında əsas məqsəd sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsidir.

Apellyasiya Şurasının tərkibinə nazirliyin və onun tabeliyində olan qurumun məsul şəxsləri daxildir.
Gənclər və İdman Nazirliyinin Apellyasiya Şurasına sədrlik nazir müavini İntiqam Babayevə həvalə olunub.