“Gənclərə böyük-kiçik yerini göstərmək lazımdır”

genclere-boyuk-kicik-yerini-gostermek-lazimdir
Oxunma sayı: 1170


“Şou-biznesdə bir durğunluq var, bunu hiss edirəm. Sənətçi olaraq Türkiyədən gəlmişəm, istəyirəm ki, gördüyüm işlər müzakirə olunsun. Lakin şou-biznesdə hər kəs öz qabına çəkilib. Yeni sənətə gələnlər köhnələrin təkrarıdır. Heç kim bir-birindən seçilmir. Kimsə ikinci Eyyub Yaqubov, Aygün Kazımova ola bilməz. Bu mümkün deyil. Səviyyəli müğənnilər çəkilib kənara. Şou-biznesdəki durğunluq davam etsə, çıxıb Türkiyəyə gedəcəm.  İstəyirəm ki, Lalə Məmmədova, Tünzalə Ağayeva, Elnarə Xəlilova ayağa qalxsın, gənc sənətçilərə də böyük-kiçik yerini göstərmək lazımdır. Estradanı ölməyə qoymayaq”.