Gənclərə məişət zorakılığına qarşı mübarizə üsullarından danışıldı

genclere-meiset-zorakiligina-qarsi-mubarize-usullarindan-danisildi
Oxunma sayı: 862

Bakıda “Məişət zorakılığına qarşı: Qanunvericilik və müdafiə vasitələri” mövzusunda seminar-təlim keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, təlimin məqsədi son zamanlar ölkədə məişət zorakılığı zəminində baş verən xoşagəlməz olaylara diqqətin artırılması, bu cür hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi və vətəndaşlara, xüsusilə də gənclərə məişət zorakılığına qarşı mübarizə üsullarının qanunvericilik çərçivəsində aşılanması olub. 

Təlimdə hüquqşünaslar, müəllimlər və gənclər iştirak edib.

5 saat davam edən seminar-təlim iki hissədən ibarət olub. Birinci hissədə “Qadın hüquqları, məişət zorakılığı və yerli qanunvericilik” mövzusunda hüquqşünas Rövşanə Rəhimli danışıb.

İkinci yarıda isə psixoterapevt Azad İsazadə 'Məişət zorakılığının əsasında psixoloji amillər'' mövzusunda nitq söyləyib.