Yolasalma mərasimi ilk dəfə olaraq, Gəncənin “Bayraq Meydanı”nda təşkil edilib. Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinin rəisi Emin Bağırov çıxışında hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi tövsiyə edib.
Hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını, onların Vətən üçün layiqli övlad olacaqlarını söyləyiblər.
Ordu sıralararına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içərək “Qurani Kərim” in altından keçiblər.
Son xəbərlər
Son Xəbərlər