Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Bilik Olimpiadası” adlı layihənin son yarışı və bağlanış mərasimi keçirilib.
"Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verib. Sonra “Gənclərin Bilik Olimpiadası” layihəsinin son final mərhələsinə start verilib və 9 ali və orta ixtisas təhsil müəssisələrinin seçmə turlarında qalib gəlmiş 27 nəfər tələbə yarışmaya qatılıb. Final mərhələsi bitdikdən sonra layihənin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək bu kimi tədbirlərin həm gənc nəslin bilik və bacarıqlarının artırlmasındakı əhəmiyyətindən danışıb.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının Fərdi İnkişaf Mərkəzi "Etika Akdemiyası" nın direktoru Günel İbrahimli çıxış edərək mərkəzin ölkəmizdə etika istiqamətində fəaliyyət göstərən ilk məkan olduğunu diqqətə çatdırıb. O bildirib ki, akademiya peşəkar davranış qaydalarının öyrənilməsinin vahid bazasıdır.
Qeyd edək ki, layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin (Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes və Kooperasiya Kolleci, “Bakı Avrasiya” Universiteti, Bakı Sosial Pedaqoji Kolleci, “Təfəkkür” Universiteti, "Odlar Yurdu" Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti ) tələbələri arasında bilik olimpiadası keçirilib.
Sonda 9 ali və orta ixtisas təhsil müəssisələrinin seçmə turlarında qalib gəlib 27 nəfər tələbə və final mərhələsində I, II və III yerləri tutan tələbələr təşkilatçılar tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə təltif olunub.



Son xəbərlər
Son Xəbərlər