“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən festivalda yüzlərlə yeniyetmə və gənc, şəhər sakini və rəsmi qonaqlar iştirak edib.
Mərkəzin regional nümayəndəsi Tural Kərimov festivalı giriş sözü ilə açaraq, tədbirin mahiyyəti barədə şəhər əhalisinə məlumat vermiş, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılması və artırılması, habelə onlarda yaradıcı işə maraq oyadılması baxımından əhəmiyyətini vurğulayıb.
Yaradıcı gənclər teatr, kino işi, rəssamlıq, əl işləri, bədii qiraət, aşıq sənəti, musiqi və digər sahələrdə öz bacarıqlarını nümayiş etdiriblər.
Festivalda 70-dən çox gəncin yaradıcılıq qabiliyyəti nümayiş olunub. Həmin gənclərdən 30-a yaxını ilk dəfə olaraq, geniş auditoriya qarşısına çıxıb.
Son xəbərlər
Son Xəbərlər