Gənclərin Qlobal Forumuna 2 milyon ayrıldı

genclerin-qlobal-forumuna-2-milyon-ayrildi
Oxunma sayı: 926


“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”un və Kompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 2,0 (iki) milyon manat ayrılıb. 

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.