Gənclərin veteranlarla görüşü keçirilib

genclerin-veteranlarla-gorusu-kecirilib
Oxunma sayı: 789

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov rayon gənclərinin Respublika veteranları ilə görüşü keçirilib.

Nərimanov İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova və digər veteranlar, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvləri iştirak ediblər.

Görüşdə çıxış edənlər gənclərin Azərbaycanın ictimai-siyasi həyatındakı rolundan danışıblar. Bildiriblər ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlar isə gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür.

Daha sonra rayon ərazisində fəaliyyət göstərən 5 ali təhsil müəssisəsinin tələbə-gənclər təşkilatının sədrləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən fəxri fərmanları ilə təltif olunublar.

Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən yubiley medallar ilə təltif olunublar.