Sonra rayon ərazisində yerləşən «Relax»” istirahət mərkəzində «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsinin açılış mərasimində çıxış edən qrup rəhbəri, YAP Siyasi Şurasının üzvü, «İki sahil»” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs etdi. Bildirdi ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu layihələr sırasında 2007-ci ildən başlayaraq hər il keçirilən yay və qış liderlik məktəblərini xüsusi qeyd etmək lazımdır. Bu layihələrin əsas məqsədi Azərbaycan ərazisində yaşayan bütün gənclərin biri-birini daha yaxından tanımasını, onların arasında səmimi münasibətlərin yaradılmasını, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqqında onlara dolğun məlumatların çatdırılmasını, tanınmış siyasətçilərlə onların görüşlərinin təşkil edilməsini, gələcəkdə müxtəlif sahələrdə çalışacaq bu gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasını təmin etməkdir.
Sonda gənclərin iştirakı ilə təşkilat komitəsinin və komandaların üzvləri elan olundu.
«Yay məktəbi»nin ikinci günündə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin «Gənc Liderlər» Gənc Siyasətçilər üçün «Yay məktəbi» layihəsi çərçivəsində «Ulu öndər Heydər Əliyevin ideyaları və müasir dövlət quruculuğunda gənclərin rolu» mövzusunda seminar keçirildi.
YAP Siyasi Şurasının üzvü, «İki sahil”» qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə dahi şəxsiyyət Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən, gələcəyə hesablanmış inkişaf strategiyasından geniş bəhs etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. Bu ideyalar müstəqil Azərbaycanımıza biri-birindən əhəmiyyətli uğurlar qazandırır.
Seminarda gənclərdən Vüsal Əliyev (Nərimanov rayonu YAP GB), Aysel Məmmədova (Sumqayıt YAP GB), Xətai Abdullayev (Ağdam YAP GB), Şahnaz Hacıyeva (Nizami rayonu YAP GB), Lütfiyyə Mustafayeva (Naftalan YAP GB), Ramin Həsənov (Zaqatala YAP GB), Elvin Dadaşov (Sumqayıt YAP GB), Vəfa Ələkbərova (Abşeron YAP GB), Vüsal Rzayev (Şəmkir YAP GB) və başqaları çıxış edərək, ulu öndər Heydər Əliyevin ideyalarından və müasir dövlət quruculuğundan danışaraq, onlara olan diqqət və qayğını yüksək qiymətləndiriblər.
Diskussiya şəklində davam edən seminarda gəncləri maraqlandıran suallar da cavablandırıldı. Sonra gənclər arasında müxtəlif idman yarışları (futbol, üzgüçülük, stolüstü tennis) keçirildi. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vurulub.
«Yay məktəbi»nin hər bir günü gənclərin həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan «Yay məktəbi» davam edir.
Son xəbərlər
Son Xəbərlər