Qurtuluşumuzun rəmzi olan, əfsanəvi “Zəfər Tağı” qarşısında ayaq saxlayan yaşlı nəslin nümayəndələri, unudulmaz xatirələri yada salaraq arxada qalan illəri yenidən vərəqləyiblər, bu günümüzün uğurlarını, qələbələrini alqışlayıblar. Heydər Əliyevin misilsiz xidmətləri sayəsində Azərbaycanın, həmçinin qədim Gəncənin çox böyük inkişaf yolu keçdiyini söyləyiblər.
Parka daxil olan aksiya iştirakçıları təmiz havada gəzərək, Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış böyük abidə-Heydər Əliyev Mərkəzi qarşısına gəliblər. Sonda gənclər və nurani yaşlılar birlikdə Park kompleksdə yerləşən “La Rocco” kafesində çay süfrəsinə dəvət olunublar.