“Gəncləşən Muğam”

genclesen-mugam
Oxunma sayı: 1272


“Qafqazinfo"nun məlumatına görə, konsert şöhrət ordenli, xalq artisti, professor Mənsum İbrahimov və Respublikanın əməkdar artistləri Elçin Həşimov və Elnur Əhmədovun birgə layihəsidir.

Konsertdə əməkdar artist Təyyar Bayramov, gənc muğam ifaçıları Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Vüsalə Rəcova, Hüseyn Məlikov, Xətai Hacıyev, Günay İmamverdiyeva, Orxan Hüseynli, Vüqar Musayev, Qızılgül Babayeva, Məhəbbət Səfərov, Səfər İdrisov, Türkay Məlikova, Misir Məmmədov,Əli Hacıyev, Mətin Əbilov, Əmrah Məmiyev iştirak edəcəklər. Tarda və kamançada Rövşən Qurbanov, Ceyhun Muradov, Altay Niftalıyev, Araz Ağaverdiyev, Rəşad İbrahimov, Təbriz Yusubov, Nahid Məmmədov, Elvin Novruzov, Ədalət Behbudov, Pərviz Fərhadov,Rüstəm Müslümov, Elvin Novruzov, Bəhruz Zeynalov, Şəhriyar Musayev çıxış edəcək.

Onları bas tarda Tofiq Məmmədov, bas kamançada Toğrul Orucov, udda Bəhruz Zeynalov, nağarada Ramin Abdullayev, kanonda  Aytac Vəzirova, balabanda Pərviz Əlikramoğlu müşayiət edəcək. 

Qeyd edək ki, saat 19:00-da baş tutacaq konsertin biletlərinin qiyməti 10- 30 manat arasındadır.

Könül