“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə fevralın 2-də “Gənclər günü"nə həsr olunmuş “Gəncləşən Muğam-5” adlı konsert keçiriləcək. Gecədə gənc xanəndələr ifaları ilə tamaşaçılara musiqi ziyayəti verəcəklər. Bu konsert Azərbaycanın xalq artisti, tanınmış xanəndə, professor Mənsum İbrahimovla, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.
Proqramın rəhbəri xalq artisti, professor Mənsum İbrahimovdur.
Qeyd edək ki, konsertin biletləri 10-50 manat arasında dəyişir.
Son xəbərlər
Son Xəbərlər